Yeni səhmlərin anderraytinqinin 66%-ni ən gənc investisiya şirkəti alıb

yeni-sehmlerin-anderraytinqinin-66-ni-en-genc-investisiya-sirketi-alib
Oxunma sayı: 1035

Bakı Fond Birjasının üzvlərinin 2021-ci ilin I rübündə səhm emissiyası anderraytinq əməliyyatları həcminə görə göstəriciləri açıqlanıb.

Bazarın yeni iştirakçısı “MFX Trading İ.Ş” ASC-dir. Bunun da əsas səbəbi “Muğan Bank”ın yeni səhm emissiyasının anderraytinqini bu şirkətə tapşırması olub.

Qeyd edək ki, bank kapitalını 5 088 268 milyon manat artırmışdı.

Bakı Fond Birjasının üzvlərinin səhm emissiyası ticarətində göstəriciləri,

2021-ci ilin I rübü

Adı

Səhm, manatla

Bazar payı,%-lə

 “MFX Trading İ.Ş” ASC

           5,088,268

        65.92

“İnvest-AZ İ.Ş” QSC

           1,121,810

        14.53

“Paşa Kapital İ.Ş” QSC

           1,059,484

        13.73

“PSG Kapital İ.Ş” QSC

               204,723

          2.65

Xalq Kapital İ.Ş” QSC

               108,145

          1.40

“BTB Kapital İ.Ş” ASC

                 83,752

          1.09

“AzFinance İ.Ş” QSC

                 52,103

          0.68

“Unicapital İ.Ş” ASC

 –

 –

“ABB İnvest İ.Ş”QSC

 –

 –

CƏMİ

           7,718,285

     100.00