Yeni serialda rol alacaqlar

yeni-serialda-rol-alacaqlar
Oxunma sayı: 2786

Türkiyəli aktyorlar Taner Ölmez və Erkan Kolçak Köstendil yeni serialda rol alacaqlar.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq “Alef”in yeni mövsümündə yer alan aktyorlar “O3 Medya”nın istehsalı olan “Yaratılan” adlı serialda bir araya gələcəklər.

8 seriyadan ibarət serialın rejissoru və ssenaristi Çağan Irmakdır.

Çəkilişləri İstanbul və Bursada baş tutacaq “Yaratılan” tezliklə “Netflix Türkiye”də yayımlanacaq.