Yeni sevgilisi Ronaldoya xəyanət etdi...

yeni-sevgilisi-ronaldoya-xeyanet-etdi
Oxunma sayı: 6284


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət sevgili olduğu  rus model İrina Şeykdən ayrıldıqdan sonra italyan model Alessia Tedesçi ilə münasibətə başlayan portuqaliyalı ulduz xəyanətlə üzləşib. Belə ki, futbolçunun yeni sevgilisinin başqa bir futbolçu ilə birlikdə olduğu məlum olub. Jurnalistlər modellə Yunanıstanın "Olimpiakos" komandasının qapıçısı Roberto Gagonu İbiza adasında tətil zamanı çəkib. Gago bu vəziyyət ilə əlaqədar bir söz deməsə də, Portuqaliya mətbuatı yeni sevgilisinin bir ispan qapıçı ilə birlikdə olmasına əsəbiləşən Ronaldonun italyan model ilə əlaqəsini dərhal kəsdiyini yazıb. 

Qeyd edək ki, hazırda ulduz futbolçu oğlu ilə Baham adalarında tətildədir.

Günel Hacı