Müğənni İrem Dericinin Lider Şahinlə sevgili olması barədə yayılan xəbərlər səngimək bilmir.
“Qafqazinfo” xəbər verir ki, Liderin atası müğənni Selami Şahin və həyat yoldaşı Dedim Şahin şayiələrə aydınlıq gətiriblər.
Selami Şahin junalistlərin suallarını cavablandırarkən “Belə bir şey yoxdur, şayiədir”,- deyib.
Didem Şahin isə tvitter sosial şəbəkəsində mövzu ilə bağlı ona xeyli sual ünvanlandığını bildirib:
“Bu sualların cavabı məndə deyil. Heç bir mövzuda məni axtarıb sual soruşmayın. “Xoruzumu çəmənliyə buraxdım, toyuğu olan düşünsün”,- deyib keçərəm. Yayılan xəbərlər əsassızdır”.
Xatırladaq ki, İrem Derici bir neçə gün əvvəl Lider Şahinlə hava limanında görüntülənmiş, cütlüyün Venesiyaya tətilə getdiyi iddia edilmişdi.
Qeyd edək ki, müğənni 3 ay əvvəl radio aparıcısı Rza Esendemirlə boşanıb.



Son xəbərlər
Son Xəbərlər