Təhsil naziri Ceyhun Bayramov daha bir kadr islahatı həyata keçirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazir bu dəfə qurumun Daxili Nəzarət Şöbəsinin rəhbəri Kənan Quliyevi vəzifəsindən azad edib.
***
Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında Quliyevin öz ərizəsi ilə işdən ayrıldığını qeyd edib və həmin vəzifəyə İlqar Mahmudovun təyin olunduğunu əlavə edib.
***
“Qafqazinfo”ya daxil olan məlumata görə, Kənan Quliyev Vergilər Nazirliyinin İstintaq və təhqiqat idarəsinə rəis müavini təyin edilib.