Artıq layihə ilə bağlı saytda postmodernist yazarların yazıları və müsahibələri dərc olunub. Layihənin ilk ayında “Azərbaycanda postmodernist yazarları tanıyırsız?”, ikinci ayında “Ən yaxşı postmodernist yazar kimdir?”, üçüncü ayında isə“Hansı postmodernist əsəri bəyənirsiniz?” başlıqlı sorğu yayımlanmışdı.
Bu ay isə layihənin sonuncu ayıdır. Bu gündən isə layihə ilə bağlı dördüncü, yəni sonuncu sorğuya başlayırıq. "Postmodernizm nədir?” sorğusunda iştirak edib səs verə bilərsiz.
Bir daha xatırladaq ki, layihədə iştirak etmək istəyən gənclər [email protected] elektron poçtuna və saytın Facebook səhifəsinə yazıları göndərə bilərlər. Şərtlərə cavab verən bütün yazılar yayımlanacaq.
QEYD: Sorğu saytın sağ tərəfindədir.
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə “Qafqazinfo”nun birgə layihəsi Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər
Son Xəbərlər