Yeni sosial şəbəkə - - "Emojli"

yeni-sosial-sebeke-
Oxunma sayı: 1674


Britaniyalı Mett Qrey və Tom Skott ünsiyyətin ancaq smayllarla aparıldığı Emojli sosial şəbəkəsinin buraxılması barədə elan ediblər. Onların sözlərinə görə, Emojli spamın, trolların və bezdirən hashtag-lərin olmadığı yeganə sosial şəbəkə olacaq. Sosial şəbəkədə artıq indidən istifadəçi olmaq mümkündür. Bunun üçün ilkin olaraq, rəsmi saytda nikneym rezervasiya edə bilərsiniz. Lakin nikneym də emojli nişanları ilə yazılmalıdır. 

Rəsmi məlumatda bildirilir ki, artıq saytda 10 min nəfərdən çox adam qeydiyyatdan keçib.

Buro247.az