“Yeni stansiyanın məhz orada inşa edilməsi bu məqsədi güdür”

yeni-stansiyanin-mehz-orada-insa-edilmesi-bu-meqsedi-gudur
Oxunma sayı: 4856

“Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və yeni stansiyanın məhz orada inşa edilməsi, ilk növbədə, bu məqsədi güdür”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

Dövlət başçısı deyib: “Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək”.

İlham Əliyev əlavə edib ki, yeni stansiyada iş əmsalı çox yüksək olacaq və təbii qaza böyük qənaət olacaq.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Yəni, bu, hərtərəfli uğurlu bir layihədir.