Yeni Şuşanın köhnə ab-havası... - Video

yeni-susanin-kohne-ab-havasi
Oxunma sayı: 5210

Şuşaya qayıtmış Elşən Əliyev pedaqoji fəaliyyətini burada davam etdirəcək. Şəhərin yeni simasını da bəyənir, yeni yaşayış məhəlləsindəki mənzilini də… Üstəlik, təzə qonşular köhnə Şuşanın ab-havasını bərpa etməyə çalışırlar.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.

“Qafqazinfo” Elşən müəllimin qayıdış sevincini bölüşdüyü videoçarxı təqdim edir: