Yeni tamaşaya start verildi - - "Biri vardı, biri yox"

yeni-tamasaya-start-verildi-
Oxunma sayı: 901


"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı musiqişünas Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov rol alacaqlar.

Tamaşanın 88-ci teatr mövsümündə - oktyabrın birinci yarısında təhvil verilməsi nəzərdə tutulur.