Yeni telekanal fəaliyyətə başladı - - Azərbaycanda

yeni-telekanal-fealiyyete-basladi-
Oxunma sayı: 3716


"Qafqazinfo" AzVision.az-a istinadən xəbər verir ki, Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutub. 

Hazırda Region TV-ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda KTV, Ailə TV, ATV+ kabel operatorlarında telekanalın yayımı həyata keçirilir. 

"Region TV" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azəbaycanda ilk televiziya şəbəkəsidir. 

Telekanalda Azərbaycanın bir çox məşhur jurnalistləri fəaliyyət göstərəcək.