Yeni tərkib formalaşanadək hökumət səlahiyyətlərini icra edəcək

yeni-terkib-formalasanadek-hokumet-selahiyyetlerini-icra-edecek
Oxunma sayı: 5842

Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icrası Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.