Yeni tərkib təsdiq olundu

yeni-terkib-tesdiq-olundu
Oxunma sayı: 1731


Belə ki, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsi Bürosunun sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev büronun müavini təyin olunublar. AMEA-nın həqiqi üzvləri Nailə Vəlixanlı, Teymur Bünyadov, o cümlədən AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov, Şahbaz Muradov və Məsumə Məlikova büronun üzvləri seçiliblər.

Humantiar Elmlər Bölməsi Bürosunun sədri isə AMEA-nın həqiqi üzvü Teymur Kərimov, müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov təyin olunublar. AMEA-nın həqiqi üzvləri Vasim Məmmədəliyev, Tofiq Hacıyev, AMEA-nın müxbir üzvləri Əliyar Səfərli, Ərtegin Salamzadə və Möhsün Nağısoylu büronun üzvləri seçiliblər.