Yeni toyu olan nazir huşunu itirdi

yeni-toyu-olan-nazir-husunu-itirdi
Oxunma sayı: 2666

Avstriyanın xarici işlər naziri Karin Knaysl Avropa forumunda xoşagəlməz vəziyyətə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünən Alpbax şəhərində keçirilən forumda çıxış edən zaman nazir huşunu itirib.

Hadisə şahidlərinin sözlərinə görə, Knayls bir neçə dəqiqəlik özündən gedib və ona təcili yardım göstərilib.

Avstriya XİN-in nümayəndəsi Tomas Şnell bildirib ki, hazırda nazirin vəziyyəti yaxşıdır və oteldə istirahət edir.

Xatırladaq ki, Knaysl 18 avqustda avstriyalı biznesmen Volfqanq Maylinqer ilə ailə qurub. O, bir neçə günlük məzuniyyətdən sonra işə qayıdıb.

Aysel Kərimova