“Yeni transfer olmayacaq, büdcəmiz imkan vermir” - Şahin Diniyev

yeni-transfer-olmayacaq-budcemiz-imkan-vermir
Oxunma sayı: 1036

Avroliqaya vəsiqə hədəfləyən “Kəpəz” çempionatın ilk yarısını 6-cı pillədə başa vurub.

Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi transferlə bağlı danışıb. O, əldə olan imkanlarla mübarizəni davam etdirəcəklərini bildirib.

“Kəpəz”də yeni transferlər olmayacaq, büdcəmiz imkan vermir. İndi elə bir vəziyyətdir ki, əlimizdə olan futbolçularla mübarizə aparmalıyıq. Ötən mövsümlə müqayisədə indi yaradıcı futbol oynamağa çalışırıq. Əgər ötən mövsüm “ikinci nömrə” ilə oynayırdıqsa, bu mövsüm oyunu aparan tərəf bizik. Bu məqam nəticələrə təsir elədi çempionatın birinci yarısında. Amma inanıram ki, bu oyun modeli ilə yaxşı nəticələr qazanacağıq”.