Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" - "Dandolk"u 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
“Qafqazinfo”ya açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl qələbəni şərh edib:
“Yaxşı oyun oldu. İlk qolu erkən vurmağımız mərhələ keçməyimizə kömək etdi. Çünki bundan sonra rəqib hücum etmək niyyətində idi. APOEL güclü komandadır. Reytinqdə də bizdən yuxarıdır. Amma yeni transferlərimizin oyunu mənə ləzzət elədi. Düşünürəm ki, Qurban Qurbanov komandanı düzgün idarə edir. Fikrimcə, bugünkü “Qarabağ” tarixin ən güclü komandasıdır”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər