Yeni virus 50 ölkədə aşkarlanıb

Yeni virus 50 ölkədə aşkarlanıb
Oxunma sayı: 873

İlk dəfə Böyük Britaniyada ortaya çıxan koronavirusun mutasiya olunmuş yeni növü dünyanın 50 ölkəsində aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qeyd olunub ki,  təkcə Afrika qitəsinin 20 ölkəsində yeni növ virus yayılıb.

Vurğulanıb ki, mutasiya Avropada İngiltərədən sonra Almaniyada ortaya çıxıb. ÜST Yaponiyada mutasiyanın daha sürətli yayılmasına görə çox narahat olduğunu da ifadə edib.

Bundan əlavə, təşkilat təəssüf hissi ilə yeni növün ciddiyə alınmadığını, araşdırma aparmaq üçün məhdud laboratoriyalar olduğunu qeyd edib.