Yeni Xalq artistləri duet oxuyacaq

yeni-xalq-artistleri-duet-oxuyacaq
Oxunma sayı: 2083

Yeni Xalq artistləri Röya Ayxanla Tünzalə Ağayeva duet oxuyacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Röya MTV-yə açıqlamasında bildirib.

Sənətçi qeyd edib ki, artıq məşqlərə start veriblər: “Hamı ard-arda mahnı təqdim etməyimin səbəbini soruşur. Keçən il üst- üstə yığılmışdı, vaxt çatmadı. Hələ Tünzalə Ağayeva ilə duetimiz var. Məşq etmişik, aranjimana vermişik”.