250 AZN-dən başlayan qiymətlərlə hər kəsə əlçatan özəl təhsil!
Ötən il fəaliyyətə başlayan SİMURQ Liseyi və SİMURQ Uşaq Bağçaları 600-dən çox şagirdin inkişaf etdiyi uğurlu təhsil mühiti formalaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, burada həm yerli, həm də beynəlxalq təhsil metodları tətbiq edilir, təcrübəli müəllimlər və psixoloqların rəhbərliyi ilə uşaqlar yaradıcı düşüncə və həyat bacarıqları qazanırlar.
SİMURQ Liseyində tədris Kembric Beynəlxalq Kurikulumu, təlim isə Sosial-Emosional Öyrənmə (SEL) metodikasına əsaslanır. Liseydə ingilis bölməsi üzrə tədris beynəlxalq, Azərbaycan və rus bölmələri üzrə tədris isə həm yerli, həm də beynəlxalq kurikuluma əsaslanır. Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlər üçün Riyaziyyat, Təbiət elmləri və İngilis dili fənləri Kembric kurikulumunun standartları ilə ingilis dilində keçirilir.
Hazırda SİMURQ Liseyinə qəbul məktəbəqədər təhsil qrupları və 1-8 siniflər üzrə aparılır.
Niyə SİMURQ Liseyi?
- Azərbaycan, rus və ingilis bölmələri;
- Bütün bölmələr üzrə ingilis dilində tədris;
- Kembric kurikulumu ilə təhsil;
- Aylıq ödəniş imkanı ilə özəl təhsil;
- Uzadılmış gün proqramı;
- Dərnəklər (şahmat, güləş, rəqs və s.).
Daim inkişafa və innovasiyaya açıq olan lisey sentyabrdan etibarən yeni "Xalqlar" korpusunu istifadəyə verməklə daha geniş auditoriyanı əhatə edəcək. Yeni korpus Elşən Süleymanov küçəsi 258 (Baku Medical Plazanın yanı) ünvanında yerləşir.
SİMURQ Liseyinin korpusları aşağıdakılardır:
1. "Zabrat" korpusu
Zabrat-Pirşağı yolu, "Xəzər Bağları" Yaşayış Kompleksi
2. "Xırdalan" korpusu
Xırdalan şəhəri, "Absheron City" Yaşayış Kompleksi
3. "Xalqlar" korpusu
Bakı şəh., Nizami ray., Elşən Süleymanov küç., 258 (Baku Medical Plazanın yanı)
SİMURQ Uşaq Bağçasının korpusları:
1. "Masazır" korpusu
Masazır qəsəbəsi, "Yeni Bakı" Yaşayış Kompleksi
2. "20 Yanvar" korpusu
Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllə, Moskva pr. 56D (12 saylı Uşaq Poliklinikasının yanı)
Nəzərinizə çatdırmaq istərdik ki, SİMURQ Liseyinə qeydiyyat artıq başlayıb. Qeydiyyatdan keçmək üçün liseyin rəsmi saytı olan "simurqliseyi.az"da müvafiq onlayn formanı doldura və ya +994 12 491 30 30 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər