Yeni Yasamalda yaşayış binasında yanğın - Video

yeni-yasamalda-yasayis-binasinda-yangin
Oxunma sayı: 2523

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” FHN-nə istinadən xəbər verir ki, mənzildə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub.