2019-cu ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan yeni bağlantı yol tikilərək istifadəyə verilib.
“Qafqazinfo” xəbər verir ki, 2020-ci ildə də bu çərçivədə Yasamal rayonu ərazisində tikinti işləri aparılıb.
Tikinti layihəsinə uyğun olaraq yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası salınıb.
Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılıb. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalıb. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradır.
Son xəbərlər
Son Xəbərlər