Yeni Yasamaldakı dava və 9 il həbs

yeni-yasamaldaki-dava-ve-9-il-hebs
Oxunma sayı: 1083


“Qafqazinfo” xəbər verir ki, 2013-cü il noyabrın 21-də Yeni Yasamal ərazisində Natiq Tağıyev aralarında yaranan mübahisə zamanı bıçaqla Beyləqan rayon sakini Tural Kərimova sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirib, sonra isə hadisə yerindən qaçıb. Yaralanan şəxs Kliniki tibbi mərkəzə çatdırılıb və həkimlərin səyi nəticəndə onun həyatı xılas edilib. 

Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 29-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə RPİ İstintaq şöbəsində başlayan cinayət işi istintaqın davam etdirilməsi üçün rayon prokurorluğuna verilib. 

2014-cü ilin iyul aında Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Natıq Tağıyev ittiham üzrə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına 

məhkum olunub. Hökmdən narazı qalan tərəflər Baki Apellyasiya məhkəməsinə apellyasiya şikayətlərini təqdim ediblər. 

Ceyhun