50, 40 yaxud da 25 qəpik. Yeni binalarda sakinlərdən yığılan kommunal xərclər dəyişkəndir. Şirkətlərin təxminən eyni xidmətləri fərqli qiymətlərə təklif etməsi sakinləri narahat edir.
İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Nizami Qasımov deyir ki, qiymətin tənzimlənməsi sakinlərdən asılıdır. Bina istifadəyə verildikdən sonra mənzil tikinti koorporativləri ləğv edilməldir. Vətəndaşlar özləri Mülkiyyətçilərin Müştərək Cəmiyyətini yaratmaldır. Bu xərclər də elə həmin cəmiyyət tərəfindən hesablanmalıdır.
Bununla yanaşı, köhnə binalarda yaşayanların blokda qapı olmaması, liftin işləməməsi kimi problemləri də olur.
Nizami Qasımov deyir ki, artıq köhnə binaların 92-93 faizi özəlləşdirildiyindən belə problemlərin məsuliyyəti sakinlərin üzərinə düşür. Mənzil Məcəlləsində icrasında problem yaranan əsas məsələ binaların idarəedilməsi ilə bağlıdır. Onun sözlərinə görə, indiyədək Bakıda sadəcə sakinlər tərəfindən yaradılan 7 cəmiyyət qeydiyyatdan keçib. Hazırda nazirlik mənzil məcəlləsi ilə bağlı yaşayış yerlərinin yaxşılaşdırılaması, kommunal xidmətin təşkili ilə bağlı yeni layihələr təşkil olunub.
Xəzər TV
Son xəbərlər
Son Xəbərlər