Yeni yaşı üçün 4 fərqli obraza girdi - Fotolar

yeni-yasi-ucun-4-ferqli-obraza-girdi
Oxunma sayı: 4025

Xalq artisti Brilliant Dadaşova doğum günü münasibətilə fotosessiya etdirib.

“Qafqazinfo” xəbər verir ki, bu gün yeni yaşına qədəm qoyan sənətkarın obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.

B. Dadaşova 4 müxtəlif obrazda görüntülənib. Fotoların müəllifi Fərhad Əlidir.

Qeyd edək ki, bəzi mənbələrdə B.Dadaşovanın 1965-ci, bəzilərində isə 1959-cu ildən olduğu yazılıb. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə müğənni Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1998-ci ildə "Əməkdar artist", 2008-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görülüb.