Dünyaca məşhur müğənni Adeli görənlər tanımaqda çətinlik çəkir.
“Qafqazinfo” xəbər verir ki, 45 kq çəki atan və hər dəfə görünüşü ilə insanları təəccübləndirən sənətçi bu dəfə instaqramda paylaşdığı şəkillə gündəmə gəlib. Belə ki, 32 yaşını qeyd edən sənətçi yeni yaşını ən arıq halı ilə qeyd edib.
Kilolarından azad olan Adel yazdığı statusda onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Adel heç bir estetik prosedura əl atmayıb. Musiqiçi ancaq tərəvəz qəbul edir və gün ərzində min kalori verir.



Son xəbərlər
Son Xəbərlər