Yeni yol çəkilir - - Azərbaycanda

yeni-yol-cekilir-
Oxunma sayı: 1549


“Qafqazinfo” xəbər verir ki, ümumi uzunluğu 41 kilometr olan yolun Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən 19,4 kilometrlik birinci hissəsinin tikintisi başa çatdırılıb. Yolun bu hissəsində 42 suötürücü qoyulmuş, asfalt örtüyü salınıb. Yolun eni 6 metr, asfalt örtüyünün qalınlığı 10 santimetrdir.
Hazırda yolun Hüsülü-Kürdlər kəndlərini birləşdirən 21,6 kilometrlik hissəsinin tikintisi davam etdirilir. Bu hissədə yol yatağı işlənib hazırlanmış, 8 kilometr məsafədə asfalt örtüyü salınıb. Yolda tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.