Yeni Zelandiya aeroportunda bomba həyəcanı

yeni-zelandiya-aeroportunda-bomba-heyecani
Oxunma sayı: 774

Yeni Zelandiyada Kuinstaun aeroportunda həyəcanlı anlar yaşanıb. Belə ki, göyərtədə təmizlik işləri aparılarkən təyyarədə bomba olması barədə məktub tapılıb.

Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, məktub təyyarə enəndən sonra aşkarlanıb.

Hüquq-mühafizə orqanları araşdırma aparıb, amma bomba tapılmayıb.