Yeni Zelandiyada 18 il sonra vulkan aktivləşdi - Ölən və yaralananlar var +Video

yeni-zelandiyada-18-il-sonra-vulkan-aktivlesdi
Oxunma sayı: 1425

Yeni Zelandiyada 18 il sonra Uayt-Aylend vulkanı aktivləşərək lava püskürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern yaralılar arasında turistlərin də olduğunu bildirib. Məlumata görə, püskürmə zamanı adada 100 nəfər olub. Bir neçə nəfərin axtarşları davam etdirilir. Bölgə əhalisinə evdən çölə çıxmamaq tapşırılıb. 23 nəfər helikopterlə adadan təxliyyə olunub. Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Uayt-Aylend sonuncu dəfə 2001-ci ildə aktivləşmişdi.