Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum olub.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, terror aktları nəticəsində 27 nəfər ölüb.
Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir.
Hadisənin baş verdiyi ərazilər nəzarətə götürülb. Hazırda polislər genişmiqyaslı əməliyyat keçirir.
***
TASS agentliyinin verdiyi məlumata görə, silahlılar Əl-Nur və Linvud Məscid məscidlərinə hücum ediblər. Ən az 30 yaralının olduğu deyilir.
Məlumata görə, iki məsciddə ümumilikdə 500-ə yaxın adam olub.
***
“İnterfaks” xəbər verir ki, Yeni Zelandiya polisi hücumda şübhəli bilinən 4 nəfəri saxlayıb. Onlardan üçünün kişi, birinin isə qadın olduğu bildirilir.
***
“The New Zealand Herald”ın məlumatına görə, Yeni Zelandiya baş nazir Casinda Ardern terror aktı nəticəsində 40 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirib.
***
“İnterfaks”ın məlumatına görə, Avstraliya baş naziri Skott Morison hücumda şübhəli bilinənlərdən birinin Avstraliya vətəndaşı olduğunu söyləyib.
***
“The New Zealand Herald” xəbər verir ki, polis rəisi Mayk Buş bildirib ki, terrakt nəticəsində ölənlərin sayı 49-a yüksəlib. 48 nəfər isə xəsarət alıb.
Buşun sözlərinə görə, Əl-Nur məscidində 41 nəfər, Lindvud məscidində isə 8 nəfər ölüb.
O, bildirib ki, ölkədəki bütün məscidlər müvəqqəti bağlanıb.




Son xəbərlər
Son Xəbərlər