Yeni Zelandiyada terror qurbanlarının sayı artdı

yeni-zelandiyada-terror-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 2492

Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Əl-Nur və Lindvud məscidlərinə edilən hücum nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 50-yə çatıb.

Hazırda 47 yaralının müalicəsi davam etdirilir. Onlardan vəziyyəti ağır olanlar var. Bu səbəbdən ölü sayının arta biləcəyi ehtimal edilir.

Qeyd edək ki, terror aktını Avstraliya vətəndaşı Brenton Tarrant törədib.