Yeni Zelandiyada zəlzələ olub

yeni-zelandiyada-zelzele-olub
Oxunma sayı: 658

Yeni Zelandiyanın Şimal adasında 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli Geoloji Xidmət bildirib.

Onun məlumatına görə, yeraltı təkanların episentri Plenti körfəzində, Te-Kaha şəhərinin sahilindən 70 kilometr şimalda, ocağı isə 118 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.