Yenidən Kapital Bank-ın rəhbərliyinə gətirildi - Foto

yeniden-kapital-bank-in-rehberliyine-getirildi
Oxunma sayı: 1502

Bu gün Kapital Bankın Səhmdarlarının növbəti yığıncağı keçirilib.

Bankdan “Qafqazinfo”ya bildirlib ki, yığıncaqda bəzi qərarlar qəbul olunub:

Kapital Bank-ın Nizamnaməsi yeni redaksiyada təsdiq edilib.

“Səhmdarların ümumi  yığıncağının çağrılması və keçirilməsi Qaydaları”ı təsdiq edilib.

“Hesablama Komissiyası haqqında Əsasnamə” təsdiq edilib.

Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilib.

2016-cı ilin yekunlarına dair maliyyə hesabatları təsdiq edilib.

2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.

PAŞA Holdinqin  Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.

Xatırladaq ki, Fərid Məmmədov bu ilin yanvar ayında Kapital Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən ayrılmışdı. O, fevral ayından PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirib. 

Nigar Məmmədli