“Yenidən medalçı olmaq asan deyildi” - Eldəniz Əzizli+Video

“Yenidən medalçı olmaq asan deyildi”
Oxunma sayı: 557

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında ilk medalımız Eldəniz Əzizlidən (55 kq) gəlib.

 “Qafqazinfo” xəbər verir ki, bürünc medalı boynundan asan yunan-Roma güləşçimiz Azərbaycan Güləş Federasiyasının rəsmi saytına təəssüratlarını bölüşüb:

“Ötənilki qızıl medaldan sonra yenidən medalçı olmaq asan deyildi. Necə deyərlər: Zirvəyə qalmaq zirvəyə qalxmaqdan daha çətindir.
 
Amma hər halda fəxr hissi ilə deyə bilərəm ki, ən azı Azərbaycan bayrağı arenada dalğalanacaq. Buna görə sevinirəm. Lakin azarkeşlərin etimadını tam doğrultmadım. Növbəti yarışlarda daha yaxşı nəticələr qazanmaq üçün çalışacağıq”.
 
 27 yaşlı idmançı bildirib ki, qazaxıstanlı Xolan Jakanşa ilə yarımfinal qarşılaşmasında uduzaraq finala vəsiqə qazanmaması öz səhvindən olub:
 
“Məşqçilər düzgün taktika vermişdilər. Amma mən tapşırığı düzgün yerinə yetirmədim. Uduzulası rəqib deyildi. Medalı məni sevənlərə həsr edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi