Yenidən Messinin komanda yoldaşı ola bilər

yeniden-messinin-komanda-yoldasi-ola-biler
Oxunma sayı: 2081

ABŞ-nin “İnter Mayami” futbol klubu keçmiş “Real Madrid” və “Paris Saint-Germain” futbolçusu Serxio Ramosu transfer edə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

İnsayderin sözlərinə görə, ispan müdafiəçiyə “İnter Mayami”dən və Səudiyyə Ərəbistanının iki klubundan təkliflər gəlib.

Xatırladaq ki, PSJ-nin keçmiş futbolçusu Lionel Messi “İnter Mayami”yə keçib.

Qeyd edək ki, Ramos 2005-ci ildən çıxış etdiyi İspaniya millisindəki karyerasını bitirdiyini 2023-cü ildə elan edib. Bu müddət ərzində o, 180 oyun keçirib və 23 qol vurub. Milli komanda ilə birlikdə iki Avropa çempionatının (2008, 2012) qalibi olub, 2010-cu ildə də dünya çempionu olub.