Yenidən Qazaxıstanın Baş naziri təyin olundu

yeniden-qazaxistanin-bas-naziri-teyin-olundu
Oxunma sayı: 1086

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Baş nazirinin təyin olunması ilə bağlı fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq fərmana əsasən, Askar Mamin yenidən ölkənin Baş naziri təyin olunub.

Daha əvvəl Qazaxıstan parlamentinin deputatları palatanın iclasında səs çoxluğu ilə Askar Maminin namizədliyinin təsdiqlənməsinə razılıq vermişdilər.

Qeyd edək ki, Askar Mamin 9 sentyabr 2016–21 fevral 2019-cu illər arasında Bakıtjan Sagintayev hökumətində Qazaxıstan Baş nazirinin birinci müavini təyin edilib.

21 fevral 2019-cu ildə hökumətin istefaya getməsi ilə Respublikanın müvəqqəti icraedici Baş Naziri olub.

25 fevral 2019-cu ildə isə Baş nazir təyin edilib.