ABŞ-li aktyor Leonardo Di Kaprio və dünyaca məşhur model Gigi Hadidin yenidən birlikdə olduğu iddia edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ikiliyə yaxın mənbələr onların yenidən görüşdüklərini deyiblər.
Bildirilib ki, cütlük ardıcıl olaraq iki gecəni müxtəlif məclislərdə birlikdə keçiriblər. Onlar arasında səmimi münasibət isə diqqətdən yayınmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Leonardo Di Kaprio və Gigi Hadid sevgi münasibətlərini dost kimi sonlandırmaq qərarına gəlmişdi.
Qeyd edək ki, 28 yaşlı modelin bir qız övladı var.




Son xəbərlər
Son Xəbərlər