Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Nizami kəndində yetkinlik yaşına çatmayan Sübhan Babayev (Ad-soyad şərtidir – red.) ögey atası, 1991-ci il təvəllüdlü Adəm Məmmədovu bıçaqlayıb.
31 yaşlı şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
Hadisəni törədən yeniyetmə ilkin ifadəsində bildirib ki, atalığı onun bacısının qızına xoşagəlməz söz dediyinə görə bıçaqlayıb. Araşdırmalar davam etdirilir.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər