Yeniyetmə karateçilərimizdən 2 qızıl, 1 bürünc medal

yeniyetme-karatecilerimizden-2-qizil-1-burunc-medal
Oxunma sayı: 1438

Avqustun 20-də Finlandiyanın Tampere şəhərində start götürən 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında iki karateçimiz qızıl medal qazanıb. Belə ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində Nihad Kərimzadə finalda Belarus təmsilçisi Andrey Basarovu məğlub edərək birinci yeri tutub. İkinci qızıl medalı millimizin aktivinə 63 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov yazdırıb. O, həlledici mərhələdə Artem Şarubaya (Belarusiya) qalib gəlib.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.