Yeniyetmə oğru həbs olundu

yeniyetme-ogru-hebs-olundu-
Oxunma sayı: 1072


“Qafqazinfo” xəbər verir ki, 2 dəfə oğurluq edərkən yaxalanan 17 yaşlı Feyzulla Vurməmmədov növbəti dəfə Xaçmaz polisi tərəfindən tutulub. Xudat şəhər sakini Vurməmmədov 25-30 fakt üzrə oğurluq edib. O, sonuncu dəfə Xudatda oğurluq edərkən yaxalanıb. O, oğurluq etdiyi Ağayev Ramin Sabir oğlunun mağazasından Sigaret, telefon danışıq kartı və 130 manat pul, Bəşirov Fərrux Siracəddin oğlunun mağazasından sigaret, kontur, 156 manat pul və s. oğurlayıb. 

Feyzulla Vurməmmədov dəfələrlə oğurluq edərkən yaxalansa da, yetkinlik yaşı tamam olmadığı üçün məhkəmə tərəfindən məsuliyyətə cəlb olunmayıb. Hazırkı fakt üzrə cinayət işi açılıb.