Yeniyetmə parkda bıçaqlandı

yeniyetme-parkda-bicaqlandi
Oxunma sayı: 3023

Gəncədə bıçaqlanma olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev parkında baş verib.

Şəhər sakini, 2005-ci il təvəllüdlü A.A. hələlik şəxsiyyəti bəlli olmayan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli