Yeniyetmə qız 5-ci mərtəbədən yerə düşdü

yeniyetme-qiz-5-ci-mertebeden-yere-dusdu
Oxunma sayı: 4280

Gəncədə yeniyetmə qız 5-ci mərtəbədən yerə düşüb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. 5-ci mərtəbədə paltar asan 2006-cı il təvəllüdlü E. Rəfiyeva ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli