Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartları oğurlanması barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.