İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Sahil bağında 2-ci dəfə keçirilən tədbirdə Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri Qusar rayonundakı “N” saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” istirahət düşərgəsinə yola salınıb. Yolasalma mərasimində çıxış edən İcra Başçısı Asif Əsgərov ölkə başçısı Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Başçı qeyd edib ki, Qusar rayonunda isə 2-ci dəfədir ki, belə düşərgə yaradılır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti üçün hər cür şərait yaradılıb. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaqdır.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq, hərbiçilər hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. General-mayor Rasim Əliyev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışıb və uşaqlara xoş istirahət arzulayıb.
Son xəbərlər
Son Xəbərlər