Biləsuvarda evdən və həyətlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Ağayrı kənd sakini Q.Qasımovun yaşadığı evdən gecə saatlarında 3700 manat pul oğurlanıb.
Oğurluğu törədənlərdən ikisi Biləsuvar, biri isə Masallı sakini olmaqla 3 yeniyetmə saxlanılıb və oğurlanan pulun bir qismi onlardan maddi sübut kimi götürülüb. Aparılan araşdırmalarla saxlanılan şəxslərin digər analoji əməllərinin də üstü açılıb.
Belə ki, onların Biləsuvar rayonunun ayrı-ayrı vaxtlarda Bəydili kəndindəki 2 həyətdən ümumilikdə 11 ədəd hind quşunu oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər