Yenu quyu istismara verildi

yenu-quyu-istismara-verildi
Oxunma sayı: 875

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir.

Quyu qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.