Yeqor Liqaçyov 100 yaşında vəfat etdi

yeqor-liqacyov-100-yasinda-vefat-etdi
Oxunma sayı: 3139

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi Yeqor Liqaçyov 100 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Tomsk vilayəti Administrasiyasının İnformasiya siyasəti departamentinin rəisi Aleksey Sevostyanov bildirib.

“Bu gün axşam, mayın 7-də Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Liqaçov ömrünün 101-ci ilində Moskvada vəfat edib”, - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, sovet və Rusiya siyasi və dövlət xadimi Y. Liqaçyov 1920-ci il noyabrın 29-da Tomsk quberniyasının Dubinkino kəndində anadan olub. O, 1983-1990-cı illərdə Sov.İKP MK-nın katibi, 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü olub, 1985-1988-ci illərdə Sov.İKP MK-nın katibi kimi ideologiya məsələlərinə cavabdehlik daşıyıb. Faktiki olaraq Mixail Qorbaçovdan sonra partiyada ikinci şəxs sayılıb. Elə həmin dövrdə SSRİ-də antialkoqol kampaniyasının təşəbbüskarlarından və rəhbərlərindən biri olub. O, həmçinin Boris Yeltsinə dediyi “Boris, tı ne prav” (Boris, sən haqlı deyilsən-red.) ifadəsi ilə məşhurdur.