Yerdə ən yüksək temperatur qeydə alındı

yerde-en-yuksek-temperatur-qeyde-alindi
Oxunma sayı: 4553

Nə vaxtsa Yer planetində qeydə alınmış ən yüksək temperatur (+54,4 °C) ötən bazar günü Kaliforniyanın Ölüm Vadisi Milli Parkında müşahidə olunub. “Qafqazinfo” “BBC”yə istinadən bildirir ki, bu barədə ABŞ-ın Meteoroloji Xidməti məlumat yayıb.

Əvvəlki temperatur rekordu da 2013-cü ildə burada qeydə alınmışdı (+54.0 °C).  ABŞ-ın Qərb sahilində yandıran istinin bir həftə davam edəcəyi və hətta güclənəcəyi gözlənilir.

Alimlər ehtimal edirlər ki, yaxın zamanlarda temperatur daha bir neçə dərəcə yüksələrək rekord - 56.7 °C-yə çata bilər (10 iyul 1913-cü il tarixində Ölüm Vadisində qeydə alınmış). Lakin mütəxəssislər bu məlumatların doğruluğuna şübhə edirlər.