Yerevanda 10-dan çox şagird “donuz qripi”nə yoluxub

yerevanda-10-dan-cox-sagird-donuz-qripine-yoluxub
Oxunma sayı: 737

Yerevanda orta məktəblərin birində 10-dan çox şagird “donuz qripi” (A H1N1) virusuna yoluxub.

“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi xəbərə görə, məktəbin direktoru Natalya Stepanyan bildirib ki, 10-dan çox şagirddə “donuz qripi” aşkarlanıb.

Onun sözlərinə görə, rəqəmin artacağı istisna edilmir. Belə ki, bütün valideynlər tibbi arayış gətirməyiblər.

Virusa yoluxanlar əsasən, 3,7 və 9-cu sinif şagirdləridir.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, mövsümün əvvəlindən Ermənistanda 740 xəstənin bioloji nümunələri üzərində tədqiqat aparılıb, nəticədə 18,5% insanda A H1N1 qripi aşkar edilib.