Yerevanda 27 yaşlı gənc valideynlərini bıçaqladı

yerevanda-27-yasli-genc-valideynlerini-bicaqladi
Oxunma sayı: 1257

Ermənistanın paytaxtı Yerevan şəhərində 27 yaşlı oğlan valideynlərini bıçaqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sputnik Ermənistan” xəbər verib.

Belə ki, ana-atasına xəsarət yetirən gənc daha sonra özünü bıçaqlayıb. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisənin ailə-məişət zəmnində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. Cinayətkar saxlanılıb.