Yerevanda mayın 1-nə keçən gecə silahlı insident baş verib.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər güllə yarası alıb, 1 nəfər bıçaqlanıb. Yaralılar qəbiristanlıq yaxınlığında tapılaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, yaralılardan ikisi Şenqavit və Malatya inzibati bölgələrinin bələdiyyə başçılarıdır.
Polis hadisə yerində tüfəng, tapança və gilizləri aşkarlayıb.
Son xəbərlər
Son Xəbərlər